Allahşükür Paşazadə Gürcüstana səfər edəcək

Allahşükür Paşazadə Gürcüstana səfər edəcək
# 23 fevral 2017 22:07 (UTC +04:00)

Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev və onun müavini Hacı Ayvaz Mərdanov Gürcüstanın Katalikos və Patriarxı II İlyanı ziyarət ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə QMİ-nin nümayəndəsi Hacı Ayvaz Mərdanov məlumat verib. Onun sözlərinə görə, II İlya ilə görüş çərçivəsində QMİ nümayəndələri Almaniyada cərrahiyyə əməliyyatı olunan II İlyanın səhhəti ilə maraqlanaraq, ona uzun ömür və can sağlığı arzulayıblar. Görüşdə Gürcüstan-Azərbaycan əlaqələri müzakirə olunub.

Hacı Ayvaz Mərdanov APA-ya açıqlamasında Şeyx Hacı Allahşükür Paşazadənin 10 gündən sonra Gürcüstana səfər edəcəyini bildirib: “Biz II İlya ilə görüşərkən QMİ rəhbəri Şeyx Allahşükür Paşazadə ilə telefon danışığı baş tutdu. Şeyx Allahşükür Paşazadə II İlyaya can sağlığı arzuladı və çox təəssüf etdi ki, onu Almaniyada ziyarət edə bilməyib. O, II İlyaya, yaxın günlərdə Gürcüstana səfər etməyi planlaşdırdığını və məmnuniyyətlə onu ziyarət edəcəyini bildirib”, - deyə QMİ nümayəndəsi bildirib.

Qeyd edək ki, QMİ şeyxinin yaxın 10 gündə Gürcüstana səfər etməsi xəbərini İMEDİ TV də yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR