Əjdərbəy məscidində Xocalı şəhidlərinin ruhuna xütbələr oxunub

Əjdərbəy məscidində Xocalı şəhidlərinin ruhuna xütbələr oxunub
# 24 fevral 2017 11:32 (UTC +04:00)

Bu gün Bakının Əjdərbəy məscidində cümə namazı zamanı Xocalı şəhidlərinin xatirəsi yad edilib.

APA-nın məlumatına görə, şəhidlərin ruhuna xütbələr oxunub və dualar səsləndirilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Əjdərbəy məscidinin imamı Salman Musayev bildirib ki, ölkədə Xocalı faciəsinin 25-ci ildönümü qeyd edilir, Azərbaycanın bütün məscidlərində şəhidlərin ruhuna xütbələr oxunur, dualar edilir: “Şəhidlərə Allahdan rəhmət diləyirik və ailələrinə səbr arzu edirik. Məkanları cənnət olsun. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi Xocalı sakinləri ilə görüş keçirib. Qafqaz Müsəlmanları İdarəsi adından dünya ictimaiyyətinə müraciət qəbul olundu. Təəssüflər olsun ki, dünya ictimaiyyəti Xocalı soyqırımına ikili standartlarla yanaşır, tanımır, yaxud tanımaq istəmir. Amma Allah haqq tərəfdədir və bu günlər gəlib keçəcək. Gün gələcək, bütün dünya ictimaiyyəti ermənilərin əsl üzünü tanıyacaq. Bir istəyim də odur ki, insanlarımız, xüsusi ilə gənclər tariximizi yaddan çıxarmasınlar. Çünki ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları müxtəlif dövrlərdə təkrarlanıb. Gənclər tariximizi öyrənməlidirlər ki, bu hadisələr yaddan çıxmasın, soyqırımları təkrarlanmasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR