Misir martın 1-dən giriş vizalarının qiymətini qaldırır

Misir martın 1-dən giriş vizalarının qiymətini qaldırır
# 24 fevral 2017 21:52 (UTC +04:00)

Misir hökuməti martın 1-dən giriş vizalarının qiymətini qaldırmaq qərarına gəlib.

APA-nın ABC News-a istinadən verdiyi xəbərə görə, giriş vizasının qiyməti 25 ABŞ dollarından 60 dollara qaldırılacaq.

2016-cı ildə Misirin turizm gəlirləri 3,4 milyard dollar azalıb, bu 2015-ci illə müqayisədə 44,3% azdır.

Qeyd edək ki, 2010-cu ildə ölkə turizm sahəsindən 11 milyard dollar əldə etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR