Yığmamız “Böyük dəbilqə”yə 51 idmançı ilə qatılacaq

Yığmamız “Böyük dəbilqə”yə 51 idmançı ilə qatılacaq
# 27 fevral 2017 08:08 (UTC +04:00)

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız martın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” yarışına 51 idmançı ilə qatılacaq.

Məşqçilər korpusu kişilərin yarışında 28, qadınların mübarizəsində 21 cüdoçunu sınaqdan keçirəcək.

“Böyük dəbilqə”yə ümumilikdə 33 ölkənin 236 (148 kişi, 88 qadın) idmançısı gücünü yoxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR