Tərcümə Mərkəzi gənclərin əsərlərindən ibarət almanax nəşr edib

Tərcümə Mərkəzi gənclərin əsərlərindən ibarət almanax nəşr edib
# 27 fevral 2017 14:41 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi istedadlı ədəbi gəncliyin yaradıcılığını işıqlandıran “Yeni söz” adlı ədəbiyyat almanaxı nəşr edib. Mərkəzdən APA-ya verilən məlumata görə, kitabda 90-cı illərinin sonlarından bu günümüzədək ədəbi fəaliyyəti ilə seçilən gənc istedadlı ədiblərin şeir və hekayələri yer alıb.

Nəşrin məqsədi Azərbaycanın yeni ədəbiyyatının mənzərəsini təqdim etmək, gənc ədibləri ölkədə tanıtmaqdır. Gələcəkdə gənc müəlliflərin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq, Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması istiqamətində layihələrdə təmsil edilməsi nəzərdə tutulur.

Toplunun ön sözünün müəllifi tənqidçi Əsəd Cahangirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR