Somalinin paytaxtında partlayış törədilib

Somalinin paytaxtında partlayış törədilib
# 27 fevral 2017 18:09 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 hərbçi və 3 polis əməkdaşı yaralanıb.

Məlumata görə, nəzarət-keçid məntəqəsində minalanmış avtomobil partladılıb.

Partlayışın "Əş-Şəbab" terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir. “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” qruplaşması Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR