Braziliyalı yarımmüdafiəçi Azərbaycan millisində oynamağa razılıq verib

Braziliyalı yarımmüdafiəçi Azərbaycan millisində oynamağa razılıq verib
# 28 fevral 2017 09:05 (UTC +04:00)

AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda ilə görüşüb. Apasport.az saytının məlumatına görə, görüş zamanı braziliyalının Azərbaycan millisində iştirakı müzakirə olunub.

Almeyda Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığını bildirib. Bu il onun Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alan federasiya müvafiq prosedurlara başlayıb.

İyun ayında 5 ili tamam olacaq Almeyda həmin vaxtdan etibarən Azərbaycan yığmasının formasını geyinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR