Gənclər Fondunun Müşahidə Şurası seçkilərinin səsvermə yığıncağı keçirilib

Gənclər Fondunun Müşahidə Şurası seçkilərinin səsvermə yığıncağı keçirilib
# 28 fevral 2017 12:15 (UTC +04:00)

Bu gün “Park Inn” mehmanxanasında Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə Gənclər Fondunun Nizamnaməsinə dəyişikliklər edilib, Fondun Müşahidə Şurasının formalaşdırılmasının yeni qaydaları müəyyənləşdirilib.

Nizamnaməyə əsasən, Müşahidə Şurasının beş üzvü müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edir.

Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdir müavini, Gənclər Fondunun Müşahidə Şurasının sədri Tahir Süleymanov bildirib ki, Müşahidə Şurasının əsas vəzifəsi Fondun fəaliyyətinin qanunvericiliyə uyğunluğuna, vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirmək, layihələrin həyata keçirilməsi məqsədi ilə gənclər siyasətində dövlət dəstəyinin yönəldilməsi daha məqsədəuyğun hesab edilən sahələr barədə təkliflərini Fondun icraçı direktoruna təqdim etmək, müsabiqəyə təqdim edilən layihələrin qiymətləndirilməsi meyarlarını təsdiq etmək, layihələri seçmək, Fondun fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlayıb aidiyyəti üzrə təqdim etməkdən ibarətdir. Yığıncaqda iştirak etmək üçün gənclər təşkilatlarından 148 nümayəndənin müraciət ərizəsi, Müşahidə Şurasının üzvlüyünə namizədliyə isə 16 nəfərin ərizəsi qeydə alınıb.

Əvvəlcə açıq səsvermə ilə yığıncağın sədri, katibi, hesablama komissiyasının üzvləri seçiliblər. Sonra Müşahidə Şurasının üzvlüyünə ərizəsi qeydə alınmış namizədlərin çıxışları dinlənilib. Səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər seçiliblər:

1. Mehdiyev Nurəddin Səftər oğlu (“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi)

2. Seyidov Mirhəsən Mirheydər oğlu (“İrəli” İctimai Birliyi)

3. Hüseynov Seymur Elşad oğlu (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İctimai Birliyi)

4. Orucov Seymur Vaqif oğlu (“Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyi)

5. Vəliyev Elmir Elmar oğlu (“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi)

6. Mirzəyeva Aysəba Umud qızı (Bakı Beynəlxalq Tələbə Klubu İctimai Birliyi)

7. Məmmədli Sahil Gülağa oğlu (“Asan Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi)

8. Piriyev Aydın Tofiq oğlu (“Azərbaycan Universitetinin İntellektual Klubu” İctimai Birliyi)

Fondun Nizamnaməsinə uyğun olaraq, 8 namizəddən 4-ü Azərbaycan Respublikasının Prezidenti tərəfindən Müşahidə Şurasının üzvü təyin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR