Şəhid Tural Haşımlı Ordubadda dəfn olunub

Şəhid Tural Haşımlı Ordubadda dəfn olunub
# 28 fevral 2017 15:37 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Tural Əbdül oğlu Haşımlı dəfn olunub.

APA-nın məlumatına görə, şəhidlə doğulub boya-başa çatdığı Ordubad şəhərində vida mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə və təşkilatların kollektivləri, minlərlə sakin, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.

T. Haşımlı Ordubad şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Qeyd: Məlumatı və fotoları APA üçün Naxcivanxeberleri.com saytının baş redaktoru Mehman Şabanov hazırlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR