ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, monitorinq insidentsiz başa çatıb.