SOCAR ixrac etdiyi neft məhsullarının həcmini və qiymətlərini açıqlayıb

SOCAR ixrac etdiyi neft məhsullarının həcmini və qiymətlərini açıqlayıb
# 01 mart 2017 15:00 (UTC +04:00)

Bu ilin fevral ayında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 73 693 ton dizel yanacağı, 3 983 ton təyyarə yanacağı, 8 451 ton yüksək təzyiqli polietilen, 937 ton mütləqləşdirilmiş izopropil spirti, 6 232 ton maye piroliz qətranı, 5 184 ton propilen və 2 041 ton butilen butadien fraksiyası ixrac edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində 145 152 ton dizel yanacağı, 10 936 ton təyyarə yanacağı, 16 366 ton yüksək təzyiqli polietilen, 1 634 ton mütləqləşdirilmiş izopropil spirti, 12 397 ton maye piroliz qətranı, 8 292 ton propilen və 4 782 ton butilen butadien fraksiyası ixrac edilib.

Bu ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 561,35 ABŞ dolları, təyyarə yanacağının - 512,71 dollar, dizel yanacağının - 485,98 dollar, 1% kükürdlü mazutun qiyməti - 319,1 dollar, yüksək təzyiqli polietilenin - 1280 dollar, butilen butadien fraksiyasının - 753,775 dollar, maye piroliz qətranının - 561,35 dollar, propilenin qiyməti - 815 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1045 avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR