Qazaxıstanda zəlzələ baş verib

Qazaxıstanda zəlzələ baş verib
# 02 mart 2017 03:41 (UTC +04:00)

Qazaxıstanda 4,5 bal gücündə zəlzələ baş verib.

APA-nın “İnterfaks-Qazaxıstan” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 06:22-da qeydə alının yeraltı təkanların episentri Almatı şəhərindən 79 km şimal-şərqdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR