Xaçmazda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Xaçmazda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 02 mart 2017 06:12 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xaçmaz rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF fevralın 23-də Xaçmaz rayonunun Xudat şəhərində işgüzar forum keçirib.

Sahibkarlardan iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, quru meyvə və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR