Ötən il balıqların artırılması və mühafizəsinə 12% çox vəsait sərf olunub

Ötən il balıqların artırılması və mühafizəsinə 12% çox vəsait sərf olunub
# 02 mart 2017 09:09 (UTC +04:00)

2016-cı ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 mln. 940,5 min manat və ya 2015-ci illə müqayisədə 11,8% çox vəsait sərf olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, həmin vəsaitin 92,1%-i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 7,9%-i isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 406,4 mln. ədəd balıq körpələrinin 392,8 mln. ədədi çəkikimilərin, 7,9 mln. ədədi nərəkimilərin, 5,5 mln. ədədi bitki ilə qidalanan balıqların və 0,2 mln. ədədi qızıl balıqların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR