SKMF xətti ilə Aran iqtisadi rayonunda sahibkarlara 514 milyon manatlıq kredit ayrılıb

SKMF xətti ilə Aran iqtisadi rayonunda sahibkarlara 514 milyon manatlıq kredit ayrılıb
# 02 mart 2017 12:33 (UTC +04:00)

Bu günə qədər SKMF xətti ilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 514 mln. manat kredit ayrılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum bu gün Yevlax rayonunun Yuxarı Bucaq kəndində keçirilib. İşgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib.

İşgüzar forumda SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Yevlax rayonundan olan 1100-dən çox sahibkara 34,3 mln. manat güzəştli kredit verilib. Qeyd edilib ki, ümumilikdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 514,3 mln. manat güzəştli kredit ayrılıb.

Tədbir çərçivəsində Yevlax və ətraf rayonlardan olan sahibkarlıq subyektlərinə 790 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, plastik boru istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Qeyd edək ki, indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən illik istehsal gücü 90 min ton tərəvəz, 10,4 milyon dekorativ bitkilər, 10,6 milyon ədəd tərəvəz ştilləri və 250 ton üzüm olan 55 müasir istixana kompleksinə 170,6 milyon manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR