Çində yük maşını və avtobusun toqquşması nəticəsində 10 nəfər ölüb

Çində yük maşını və avtobusun toqquşması nəticəsində 10 nəfər ölüb
# 03 mart 2017 03:58 (UTC +04:00)

Çinin Yunnan əyalətində sement daşıyan yük maşını və avtobusun toqquşması nəticəsində 10 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.

APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, yük maşını 47 nəfərin olduğu avtobusa çırpıldıqdan sonra idarəetməni itirib və yol kənarına aşıb.

Ölənlərdən 9-u hadisə yerində, biri isə xəstəxanada ölüb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR