Moskvada tunel tikintisi zamanı baş verən qəzada ölənlərin sayı 2-yə çatıb

Moskvada tunel tikintisi zamanı baş verən qəzada ölənlərin sayı 2-yə çatıb
# 03 mart 2017 08:19 (UTC +04:00)

Ötən gün Moskvada tikilməkdə olan tuneldə baş verən qəza zamanı dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bununla da ölənlərin sayı 2 nəfərə çatıb. Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı qərargahın verdiyi məlumata əsasən dağıntılar altında daha heç kəs yoxdur.

Hadisə ötən gün baş verib. Hadisə zamanı daha 3 işçi yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR