"Youth Association BIID" təşkilatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

"Youth Association BIID" təşkilatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
# 03 mart 2017 09:27 (UTC +04:00)

Latviyanın "Youth Association BIID" təşkilatının sədri Aleksey Averyaninkov Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

"Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini nəzərə alaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yeganə düz yoldur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsini vacib olduğunu , ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyəti dəstəkləyirəm. Məqsədi Cənubi Qafqaz regionunda sülh və əmin-amanlıq qurmaq və onu saxlamaq olan Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Təəssüflə qeyd edirəm ki, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm. Buna görə də, Youth Association BIID təşkilatı adından, məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR