Dövlət Komitəsi: Azərbaycanda dini radikalizm meyllərinin yayılmasında xarici ölkələrdə təhsilin rolu var

Dövlət Komitəsi: Azərbaycanda dini radikalizm meyllərinin yayılmasında xarici ölkələrdə təhsilin rolu var
# 03 mart 2017 09:38 (UTC +04:00)

“Azərbaycanda dini radikalizmin meyllərinin yayılmasında xarici ölkələrdə təhsilin də rolu var. Xaricdə dini təhsil alan şəxslər yad ideoloqların təsirini alında düşür və ölkəyə qayıtdıqdan sonra həmin ideologiyanın təbliğatçısına çevrilir”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, bu gün dövlət səviyyəsində dini radikalizmə qarşı mühüm addımlar atılır: “Dini radikal qrupların mahiyyəti, məqsədləri bizə məlumdur. Dini radikalların əsas hədəfinin gənclər olmasını da bilirik. Bütün bunlara qarşı dövlət orqanları tərəfindən adekvat addımlar atılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR