"Credit Suisse": Qlobal valyuta bazarında volatillik başa çatıb

"Credit Suisse": Qlobal valyuta bazarında volatillik başa çatıb
# 03 mart 2017 09:39 (UTC +04:00)

"Credit Suisse Group AG"-nin məsləhətçisi Robert Parker rublda olan gəlirləri fiksasiya etməyi tövsiyə edir. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, R.Parkerin sözlərinə görə, Rusiya valyutasının rallisi başa çatıb.

"Bu məsləhəti Braziliya realına da aid etmək olar", - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda ən perspektivli valyuta qismində Böyük Britaniya funt sterlinqi və Yaponiya yeni çıxış edir: "Bu valyutalar yaxın bir neçə ay ərzində möhkəmlənə bilər".

Mütəxəssis qeyd edib ki, 1 avronun məzənnəsi 1,10 dollar səviyyəsində stabilləşəcək və bu paritet təxminən yarım il qorunacaq.

"Ümumilikdə valyuta bazarında volatillik başa çatıb, "ən ciddi hadisələr" (ilk növbədə Donald Trampın prezident seçilməsi və onun iqtisadi proqramının açıqlanması - red.) artıq baş verib. Yeni təlatümlərin baş verəcəyi gözlənilmir", - deyə R.Parker qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR