İndiyədək Ceyhan limanından dünya bazarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanıb

İndiyədək Ceyhan limanından dünya bazarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanıb
# 03 mart 2017 14:06 (UTC +04:00)

Bu ilin fevral ayı ərzində Ceyhan limanından 2 mln. 82 min 936 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 12,74% azdır.

"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayı ilə müqayisədə isə ötən ay nəql 0,01% artıb.

Bu həcmin 1 mln. 232 min 97 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 mln. 131 min 722 ton təşkil edib ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 21,08% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il mart ayının 1-ə qədər Ceyhan limanından 323 mln. 966 min 321 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR