Tusi, Rostropoviç və Bəxtiyar Vahabzadəninn büst və heykəllərinin hazırlanması üçün müsabiqə elan edilib

Tusi, Rostropoviç və Bəxtiyar Vahabzadəninn büst və heykəllərinin hazırlanması üçün müsabiqə elan edilib
# 03 mart 2017 14:35 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi Nəsrəddin Tusi, Bəxtiyar Vahabzadə və Mstislav Rostropoviçin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların büstlərinin və ya heykəllərinin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, eskiz-layihə şəklində A3 formatında albom, eskiz-maket (model) şəklində qəbul olunur. Eskiz-maket (model) plastilin və ya bərk materialda (gips, qalvanika və s.) qəbul olunur. Eskiz-maketin (model) ölçüləri müəllif tərəfindən müəyyən olunur. Qəbul olunmuş layihə və eskiz maket (model) əsasında ölçülərə dair tələblər:

- Büstlər üçün: 2 natura;

- Tam heykəl üçün: 1 və ya 1,5 natura;

- Kompozisiyada portret üçün 1 natura.

Hazırlanacaq eskiz-layihə Bakı şəhərinin park və bağlarından biri üçün nəzərdə tutulmalıdır. Eskizlər hazırlanarkən yer heykəltəraş tərəfindən seçilmiş konkret ünvan və ya şərti olaraq müəyyənləşdirilmiş landşaft ola bilər.

Eskiz-layihənin A3 formatında albom şəklində və işçi model şəklində hazırlanması müəllifin və ya müəlliflərin vəsaiti hesabına həyata keçirilir və buna görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən heç bir ödəniş tələb olunmur. Müsabiqə 2017- il mart ayının 5-dən 2017-ci il iyun ayının 1-dək davam edir.

Layihələr 2017-ci il iyun ayının 2-dən 9-dək Azərbaycan Dövlət Rəsm Qalereyasında qəbul olunur. Layihələrin təqdim edilməsi üçün son tarix 9 iyundur. Təqdim olunacaq layihələrə ilkin mərhələdə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR