ABŞ dövlət katibi və Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ABŞ dövlət katibi və Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
# 03 mart 2017 20:53 (UTC +04:00)

ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında telefon danışığı olub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.

Məlumata görə, tərəflər münaqişənin sülh yolu ilə nizamlanması üzrə fikir mübadiləsi aparıblar.

"Söhbət zamanı Vyanada və Sankt-Peterburqda tərəflər arasında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib", - məlumatda deyilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR