Rusiya Suriya danışıqlarına kürdlərin cəlb edilməsini istəyir

Rusiya Suriya danışıqlarına kürdlərin cəlb edilməsini istəyir
# 04 mart 2017 15:44 (UTC +04:00)

"Rusiya Suriya üzrə danışıqlarda kürdlərin və Astana platformasına daxil olan müxalifət nümayəndələrinin iştirakını vacib hesab edir".

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Cenevrədə BMT-nin bölməsi yanında daimi nümayəndəsi Aleksey Borodavkin deyib.

O, onların Cenevrədəki danışıqların dördüncü mərhələsinə dəvət edilməməsindən təəssüfləndiyini bildirib. Borodavkin əlavə edib ki, Cenevrədəki görüşə Suriya müxalifətinin digər nüfuzlu nümayəndələri də dəvət olunmayıb.

Qeyd edək ki, Suriya müqaqişəsində PKK-nın Suriya qolu sayılan PYD və YPG kürd terror qruplaşmaları iştirak edir. Türkiyə kürdlərin Suriya danışıqlarına cəlb edilməsinin əleyhinədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR