Türkmənistanla münaqişəyə baxmayaraq İran Azərbaycana qaz nəql edir

Türkmənistanla münaqişəyə baxmayaraq İran Azərbaycana qaz nəql edir
# 06 mart 2017 10:43 (UTC +04:00)

İran Türkmənistanı Beynəlxalq Arbitraj Məhkəməsinə verməyi planlaşdırır. "APA-Economics" "Financial Tribune" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Türkmənistan tərəfindən İrana qaz nəqlinin dayandırılmasıdır.

İranın Milli Qaz Şirkətinin rəhbəri Həmidrza Araki qeyd edib ki, qaz nəqli cari ilin yanvar ayının 1-dən dayandırılıb: "Bu isə müvafiq razılaşmanın tələblərinə ziddir. Hazırda biz Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmək üçün müvafiq sənədləri hazırlayırıq".

Türkmənistan qaz nəqlini İrandan 2008-2009-cu illərdə yaranmış borcu ödəməyi tələb etdikdən sonra dayandırıb. Borcun məbləği 1,8 - 2 mlrd. dollar təşkil edir. Həmin müddətdə İran qaz idxalını artırmağa məcbur olub. Əvəzində Türkmənistan satılan qazın tarifini kəskin artırıb.

İran prezidenti Həsən Ruhanin Administrasiyası iddia edir ki, son 3 il ərzində borcunu ödəyib. Bundan öncəki borclar isə sabiq hökumətin dövründə yaranıb.

H.Araki qeyd edib ki, Türkmənistan tərəfinə birgə komissiyanın yaradılması və bu məsələnin komissiya çərçivəsində həll olunması təklif edilib. Lakin rəsmi Aşxabad bunda maraqlı deyil.


Münaqişəyə baxmayaraq, svop müqavilələr çərçivəsindəki öhdəliklər yerinə yetirilir. "Hazırda biz Türkmənistandan qaz alaraq Azərbaycan və Ermənistana ixrac edirik", - deyə H.Araki qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR