Ötən ilin yay mövsümündə mehmanxanalarda qalan turistlərin sayı açıqlanıb

Ötən ilin yay mövsümündə mehmanxanalarda qalan turistlərin sayı açıqlanıb
# 06 mart 2017 13:04 (UTC +04:00)

2016-cı ilin yay mövsümü ərzində mehmanxanalarda qalan turistlərin sayı 751 353 nəfər olub ki, bu da 2015-ci ilin müvafiq dövrü (608 233 nəfər) ilə müqayisədə 143 120 nəfər və ya 23, 5 faiz çoxdur.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il üzrə illik hesabatında əksini tapıb.

Hesabatda göstərilib ki, ötən ilin qış mövsümü ərzində “Şahdağ” Turizm Mərkəzini 75 min nəfər ziyarət edib.

İl ərzində ölkə ərazisində fəaliyyət göstərən turizm müəssisələrinin sayı 544, mehmanxanaların sayı 536, yerləşdirmə vasitələrində yerlərin ümumi sayı 38 min olub. Turizm və aidiyyəti sahələr üzrə çalışanların sayı 49 min nəfərə çatıb. İl ərzində ölkədə 35 mehmanxana tikilib, 25 mehmanxana isə tikilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR