Suriyada daha bir Rusiya əsgərinin öldüyü məlum olub

Suriyada daha bir Rusiya əsgərinin öldüyü məlum olub
# 06 mart 2017 13:58 (UTC +04:00)

Suriyada daha bir Rusiya hərbçisi öldürülüb.

APA-nın "tvrain.ru"ya istinadən verdiyi xəbərə görə, ölən hərbçi Nijnı Novqorodda dislokasiya oilunmuş 96 saylı kəşfiyyat briqadasının hərbi qulluqçusu Artyom Qorbunovdur.

A. Qorbunovun ölümü barədə "Conflict Intelligence Team" təhqiqat qrupu onun həyat yoldaşının "VKontakte" sosial şəbəkəsindəki şərhləri əsasında məlumat yayıb. Belə ki, qadın Palmiranın alınması barədə yazıb və həyat yoldaşının martıq 2-də pusquya düşərək həlak olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR