Sinayda 11 silahlı məhv edilib

Sinayda 11 silahlı məhv edilib
# 06 mart 2017 20:10 (UTC +04:00)

Misir hərbçiləri Sinay yarımadasında 11 silahlını məhv edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.

Məlumata əsasən, martın 6-da Sinay yarımadasının şimalında həyata keçirilən əməliyyat zamanı 11 silahlı məhv edilib, onlarla terrorçu və radikal dəstə üzvləri həbs edilib.

Qeyd edək ki, Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR