Ağ Ev: “Tramp əvvəlki kimi Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmaq əzmindədir”

Ağ Ev: “Tramp əvvəlki kimi Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmaq əzmindədir”
# 06 mart 2017 21:24 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmaq niyyətindən dönməyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evdə keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.

“Prezident əvvəlki kimi Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmaq əzmindədir. Əgər Rusiya bizimlə İŞİD-ə qarşı mübarizə aparmaq istəyirsə, bu gözəl haldır. Bu baxımdan, heç nə dəyişməyib”, deyə Ş.Spayser vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR