MM-də “Meliorasiya və irriqasiya haqqında” qanuna düzəliş müzakirəyə çıxarılıb

MM-də “Meliorasiya və irriqasiya haqqında” qanuna düzəliş müzakirəyə çıxarılıb
# 07 mart 2017 08:19 (UTC +04:00)

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna düzəliş müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanunun 12-ci maddəsində (Meliorasiya və irriqasiya sahəsinin dövlət tərəfindən idarə olunması) dəyişiklik təklif edilib.

Dəyişikliyə əsasən, “Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur” cümləsində “Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti” sözləri “müvafiq icra hakimiyyəti sözləri ilə əvəzlənir.

Layihə plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR