STAR-ın nizamnamə kapitalı 2,4 mlrd. dollara çatıb

STAR-ın nizamnamə kapitalı 2,4 mlrd. dollara çatıb
# 07 mart 2017 09:17 (UTC +04:00)

STAR layihəsinin Azərbaycanın iştirak payının maliyyələşdirilməsi, layihənin Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən maliyyələşdirilməsi Azərbaycan prezidentinin "SOCAR Türkiyə Ege" neft emalı zavodu (STAR) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında 2013-cü ilin 4 fevral tarixli 2698 nömrəli sərəncamına əsasən həyata keçirilir.

"APA-Economics" Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir ki, sərəncama əsasən, nizamnamə kapitalı 1,9 mlrd. dollar təşkil edən səhmdar cəmiyyət yaradılıb və 40%-i dövlət mülkiyyətində olan cəmiyyətin səhmlərin maliyyələşdirilməsi ARDNF-yə tapşırılıb. Cəmiyyətin dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir və həmin səhmlər üzrə dividendlər Fonda köçürülür.

Azərbaycan prezidentinin 2016-cı il 24 fevral tarixli 1804 saylı sərəncamlı ilə "STAR layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında" ölkə başçısının 2013-cü ilin 4 fevral tarixli 2698 nömrəli sərəncamında edilmiş dəyişikliklərə əsasən, cəmiyyətin nizamnamə kapitalının həcmi 1,9 mlrd. dollardan 2 mlrd. 412 mln. dollara qədər, cəmiyyətin dövlət mülkiyyətində olan 40%-lik səhm payının dəyəri 964,8 mln. dollara qədər artırılıb.

Layihənin maliyyələşdirilməsinə başlanandan 2016-cı ilin sonuna qədər ARDNF tərəfindən xəzinədarlıq vasitəsilə STAR layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinə, ümumilikdə 960,2 mln. dollar, o cümlədən hesabat ili ərzində 200,2 mln. dollar (331,8 mln. manat) məbləğində vəsait ayırıb.

2016-cı ildə bu xərc maddəsi üzrə ödənişlər 100% icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR