Türkiyədə avtobus qəzaya uğrayıb, 7 qadın ölüb

Türkiyədə avtobus qəzaya uğrayıb, 7 qadın ölüb
# 07 mart 2017 12:26 (UTC +04:00)

Türkiyədə Metal Həmkarlar Təşkilatının üzvlərinin olduğu avtobus qəzaya uğrayıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, 8 Mart - Dünya Qadınlar Bayramını qeyd etmək üçün Ankaraya gedən Türkiyə Metal Həmkarlar Təşkilatının üzvlərinin olduğu avtobus Bursa-Ankara avtomobil yolunda, Bursanın İnegöl qəsəbəsinin Osmaniyə kəndi yaxınlığında aşıb. Nəticədə 7 qadın ölüb, 34 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Ölən qadınlar Bursada avtomobil hissələrinin istehsalı ilə məşğul olan fabrikin işçiləri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR