Qeydiyyata alınmış yeddi dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib

Qeydiyyata alınmış yeddi dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib
# 07 mart 2017 12:27 (UTC +04:00)

Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim olunub.

Komitədən APA-ya bildirilib ki, tədbirdə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, dini təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. DQİDK-nın sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirilən din siyasəti barədə danışıb. Mübariz Qurbanlı bildirib ki, ölkədə onlarla məscid tikilib, təmir və bərpa olunub, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilir və bu, dini zəmində münaqişələr girdabında boğulan müasir dünyamızda nadir nümunədir.

Sonra dövlət qeydiyyatına alınmış Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Heydər İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR