Azərbaycanın xarici işlər naziri: "Ermənistanla danışıqlar dayanıb"

Azərbaycanın xarici işlər naziri: "Ermənistanla danışıqlar dayanıb"
# 07 mart 2017 12:34 (UTC +04:00)

"Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Diplomatiya Akademiyasında çıxışında Azərbaycan xarici işlər Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur.

Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR