Ukraynanın “Poruç” İctimai Birliyinin layihə koordinatoru Sülh Platformasına qoşulub  

Ukraynanın “Poruç” İctimai Birliyinin layihə koordinatoru Sülh Platformasına qoşulub  
# 07 mart 2017 12:43 (UTC +04:00)

Ukraynanın “Poruç” İctimayi Birliyinin sosial layihələr üzrə koordinatoru olan Yana Brik Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“Artıq 25 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə son qoymaq vaxtıdır. Ermənistan Respublikası və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edərək, həmçinin beynəlxalq hüquq çərçivəsində münaqişənin həll olunmasının vacibliyini qeyd etmək istəyirəm.Münaqişənin sülh yolu ilə həllinə yönəlmiş BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri ATƏT-in Minsk qrupunun əhəmiyyətini qeyd etmək istəyirəm. Yaxın keçmişdə, iki xalqın ümumi ənənələri, dinc birgəyaşayışı nəticəsində yaranıb. Müasir dövrümüzdə iki xalqın bir-birinə münasibətinin yalnız müharibə kontekstində olmasını dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm. Mən iki xalqların sülh və qardaşlıq içində birgə yaşamasına, və 25 il ərzində davam edən münaqişənin sülh yolu ilə həllinə dəstək ifadə etmək istəyirəm. Bu səbəbdən, mən məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə , Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR