Tillerson: “Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”

Tillerson: “Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”
# 07 mart 2017 23:48 (UTC +04:00)

ABŞ dövlət katibi Reks Tillerson Ukraynanın XİN rəhbəri Pavel Klimkinlə görüşündə Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını qeyd edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Departamentinin rəsmi nümayəndəsi v.m.i.e. Mark Toner jurnalistlərin müvafiq sualına cavabında bildirib.

“Rusiya Ukraynanın şərqinə və Krıma dair tələbləri yerinə yetirməyincə, sanksiyalar saxlanılacaq”, - deyə Toner bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynanın daxili işləri və Minsk razılaşmalarının icrasına dair narahatlıq müzakirə edilib.

“Dövlət katibi ABŞ-ın Ukraynanın dəstəklənməsinə və tərəflərin Minsk öhdəliklərinə əməl etdirilməsinə sadiq qaldığını təsdiqləyib”, - deyə Toner əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR