“Real”ın müdafiəçisi Serxio Ramos tarixi göstəriciyə imza atıb

“Real”ın müdafiəçisi Serxio Ramos tarixi göstəriciyə imza atıb
# 08 mart 2017 01:55 (UTC +04:00)

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində “Napoli”nin qapısından iki qol keçirən “Real”ın müdafiəçisi Serxio Ramos tarixi göstəriciyə imza atıb.

Apasport saytının xəbərinə görə, Madrid klubunun heyətində 68-ci qolunu vuran futbolçu bununla Roberto Karlosa çataraq klubun tarixində ən çox qol vuran müdafiəçilərdən biri olub.

Sonrakı yerlərdə isə Fernando Yerro (67) və Pirri (63) qərarlaşıb.

Qeyd edək ki, iki komanda arasındakı ilk oyunda “kral klubu” 3:1 hesablı qələbə qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR