Fransa və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Fransa və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər
# 08 mart 2017 17:08 (UTC +04:00)

Parisdə Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər ikitərəfli münasibətlər, beynəlxalq vəziyyət və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

“Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Fransa ABŞ və Rusiya ilə birgə Minsk qrupunun həmsədridir. Biz son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq”, deyə S.Sarkisyanla görüşün yekunlarını şərh edən F.Olland bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR