Azərbaycanlı hakim Çempionlar Liqasının pley-off mərhələsinə təyinat alıb

Azərbaycanlı hakim Çempionlar Liqasının pley-off mərhələsinə təyinat alıb
# 09 mart 2017 07:03 (UTC +04:00)

Kişi voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin ilk matçlarını idarə edəcək hakimlərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası 1/6 finalı idarə etmək üçün 2 azərbaycanlı referiyə də təyinat göndərib.

Belə ki, martın 16-da “Arkas” (Türkiyə) – “Dinamo” (Rusiya, Moskva) oyunda əsas hakim Eldar Əliyev olacaq. İzmirdə keçiriləcək görüşdə ona Sinişa Ovuka (Bosniya və Herseqovina) edəcək.

Martın 15-də Belqradda təşkil olunacaq “Beloqorye” (Serbiya) – “Zaksa” (Polşa) matçında isə Eldar Zülfüqarov iş başında olacaq. Həmyerlimiz ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüşdə əsas referilik türkiyəli Ərdal Əkinçiyə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR