Baytarlıq Xidməti Novruz bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçəcək

Baytarlıq Xidməti Novruz bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçəcək
# 09 mart 2017 09:22 (UTC +04:00)

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) strukturlarının gücləndirilmiş iş rejiminə keçirilməsi haqqında əmr imzalanıb.

APA-nın xəbərinə görə, DBNX-nın rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanovun imzaladığı əmrlə Novruz bayramı ərəfəsi və bayram günlərində təşkil ediləcək kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqədar 14 martdan 25 martadək rayon və şəhər baytarlıq idarələrin fəaliyyəti gücləndirilmiş iş rejiminə keçiriləcək.

Əmrə əsasən, heyvan və heyvan mənşəli məhsullar satış yerlərində baytarlıq-sanitariya ekspertizasından keçirilməklə heyvan və heyvan mənşəli məhsulların satışına, habelə əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təminatı üçün heyvan mənşəli məhsulların satışı obyektlərində baytarlıq-sanitariya tələblərinə əməl edilməsinə nəzarət gücləndiriləcək.

Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq nəzarətindən keçməyən heyvan, heyvan mənşəli məhsulların və xammalın satışının qarşısı alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR