Bugünkü hərracda dollar 1%-dək ucuzlaşıb

Bugünkü hərracda dollar 1%-dək ucuzlaşıb
# 09 mart 2017 09:49 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7431 səviyyəsində formalaşıb.

Qeyd edək ki, martın 7-də keçirilən valyuta hərracında isə manatın orta çəkili məzənnəsi 1,7563 səviyyəsində formalaşıb. AMB bu gün üçün USD/AZN məzənnəsini 1,7563 səviyyəsində müəyyən edib.

Beləliklə, bugünkü hərracda manat dollara nisbətən 0,75% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR