Silahlı Qüvvələrin komandanı: “İran özünə lazım olan bütün hərbi texnikaları istehsal etmək gücünə malikdir”

Silahlı Qüvvələrin komandanı: “İran özünə lazım olan bütün hərbi texnikaları istehsal etmək gücünə malikdir”
# 09 mart 2017 10:41 (UTC +04:00)

“S 300 zenit raket kompleksindən daha üstün kompleks istehsal etmişik və edirik”.

APA-nın Tehran müxbirinin məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin komandanı, general-mayor Ətaullah Salehi bildirib.

Ə. Salehi bu gün Silahlı Qüvvələrin təlim mərkəzində çıxışı zamanı deyib ki, İran özünə lazım olan bütün hərbi texnikaları istehsal etmək gücünə malikdir.

O, İranla İraq arasında münasibətlər barədə danışarkən İranın İraqa mənəvi və intellektual yardımlar etdiyini qeyd edib.

Ə.Salehi onu da deyib ki, İngiltərənin regionla bağlı çirkin planları var və öz keçmiş planlarını yenidən gündəmə gətirib: “Onlar ABŞ və İsraillə birgə planlar qururlar. Biz bunu yeni təhlükə adlandırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR