Qətər - Azərbaycan oyununu macarıstanlı hakimlər idarə edəcək

Qətər - Azərbaycan oyununu macarıstanlı hakimlər idarə edəcək
# 09 mart 2017 11:38 (UTC +04:00)

Qətər - Azərbaycan oyununun hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, bu gün Doha şəhərindəki “Əl Sadd” stadionunda baş tutacaq matçı macarıstanlı hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Ferenc Karako olacaq. Ona Peter Berettian və Balazs Buzas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saoud Al Athba (Qətər) yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 20:00 başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR