Marneulidə poeziya gecəsi keçirilib

Marneulidə poeziya gecəsi keçirilib
# 09 mart 2017 13:42 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Nizami Gəncəvi və Şota Rustaveli yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gənclər Mərkəzinin (MGM) təşkilatçılığı ilə keçirilən tədbir Üzeyir Hacıbəyovun “Sənsiz” romansı ilə başlayıb.

Sonra Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, jurnalist Nizami Məmmədzadə Nizami Gəncəvi və Şota Rustavelinin poeziyası barədə ətraflı məlumat verib, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı isə N. Gəncəvinin “Yeddi gözəl” poeması haqqında danışıb.

Tədbirdə MGM-nin fəal gənclərindən Turanə Həsənova, Səmra Kərimova, Aytən Rüstəmova, gənc şair Vaqif Səyyah və digərləri gürcü və Azərbaycan dillərində şeirlər səsləndiriblər.

Jurnalist N. Məmmədzadə Gürcüstanda yaşayan ziyalılara MGM-in yeni kitabxanasına bədii kitablar bağışlamaq təşəbbüsü ilə çıxış edib. O, kitabxanaya dünyanın müxtəlif ölkələrindən olan yazıçıların 100-dən çox kitabını, həmçinin özünün nəşr etdirdiyi şeir və nəsr kitablarını hədiyyə edib.

Poeziya gecəsində çıxış edən MGM-nin layihə rəhbəri Emin Əhmədov Gənclər Mərkəzinin “Azərbaycan ədəbiyyatını tanıdaq” adlı yeni layihəsinin əhəmiyyəti haqqında fikirlərini bildirərək gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Sonda Nizami Gəncəvinin sözlərinə yazılan musiqi nömrələri səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR