Qvatemalada yanğın nəticəsində ölən uşaqların sayı 32-yə çatıb

Qvatemalada yanğın nəticəsində ölən uşaqların sayı 32-yə çatıb
# 09 mart 2017 21:29 (UTC +04:00)

Qvatemalada yanğın nəticəsində ölən yeniyetmələrin sayı 32-yə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edək ki, martın 8-də Qvatemalanın paytaxtında reabilitasiya mərkəzində yanğın baş verib.

Faciə zamanı həyatını itirən və xəsarət alanların hamısı 14-17 yaş arasında olan yeniyetmələrdir.

Hadisəyə mərkəzdə yaşayan yeniyetmələrdən birinin öz döşəyini yandırması səbəb olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR