Ağ Ev: MKİ-nin kompüterləri köhnəlib

Ağ Ev: MKİ-nin kompüterləri köhnəlib
# 09 mart 2017 22:57 (UTC +04:00)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) kompüter sistemləri yenilənməlidir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.

Qeyd edək ki, “WikiLeaks” bundan əvvəl MKİ-nin Kiberkəşfiyyat Mərkəzinin daxili şəbəkəsindən 8700 sənəd və faylı götürərək dərc edib. Sayt qeyd edib ki, dərc edilən məlumatlar əldə edilən sənədlərin 1 faizdən az hissəsini təşkil edir.

“Prezident milli təhlükəsizliyə dair məxfi məlumatların dərc olunmasından ciddi narahatdır. Bu bizim milli təhlükəsizliyimizə təhlükə yaradır. O, əmindir ki, MKİ-nin kompüter sistemləri artıq köhnəlib və onlar yenilənməlidir”, - deyə Spayser təfərrüatları açıqlamadan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR