ABŞ Rəqqa şəhərinin azad olunması əməliyyatını Türkiyə ilə birgə keçirəcək

ABŞ Rəqqa şəhərinin azad olunması əməliyyatını Türkiyə ilə birgə keçirəcək
# 10 mart 2017 04:09 (UTC +04:00)

ABŞ Suriyanın Rəqqa şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatını Türkiyə və koalisiya üzrə tərəfdaşları ilə birgə keçirmək niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə ABŞ Dövlət Departamentindən bildirilib.

“Rəqqanın azad olunmasının sonrakı mərhələlərini Türkiyə daxil olmaqla, koalisiyadakı müttəfiqlərimizlə birlikdə planlaşdıracağıq”,- deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ötən gün bildirib ki, Türkiyə, ABŞ və Rusiya qərargah rəislərinin bir neçə gün əvvəl keçirilmiş görüşündə Rəqqanın azad olunması əməliyyatının keçirilməsi müzakirə edilib. Onun sözlərinə görə, görüşdə heç bir qərar qəbul edilməyib, Amerika tərəfi isə qətiyyətsizlik nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR