ABŞ-da erməni qətldə ittiham olunur

ABŞ-da erməni qətldə ittiham olunur
# 10 mart 2017 06:51 (UTC +04:00)

Erməni ABŞ-da qətl və sui-qəsddə ittiham olunur.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, 24 yaşlı Arutyun Stepanyan ittiham üzrə özünü günahkar hesab etmir.

A. Stepanyan ötən ilin dekabrında Kaliforniya ştatının Berbank şəhərində 33 yaşlı sürücüyə bıçaqla hücum edib. Təcili özünü xəstəxanaya çatdırmaq istəyən yaralı sürücü öz növbəsində piyada, 52 yaşlı Rudolf Tanı vurub. R. Tan xəstəxanada ölüb. A. Stepanyan və onun maşını müşahidə kameralarına düşüb.

Bir neçə gün əvvəl saxlanılan A. Stepanyan ömürlük həbs cəzası ala bilər. Onun işi ilə bağlı məhkəmə aprelin 21-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR