"Azərsun Holdinq" vergi yükünün azaldılması ilə bağlı Fazil Məmmədova müraciət edib

"Azərsun Holdinq" vergi yükünün azaldılması ilə bağlı Fazil Məmmədova müraciət edib
# 10 mart 2017 08:49 (UTC +04:00)

“İstehsal üçün ölkəyə gətirilən xammal və materialların vergidən azad edilməsi yaxşı olardı”. “APA-Economics” xəbər verir ki, bunu Azərbaycanda Amerika Tticarət Palatası (“AmCham-Azerbaijan”) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında vergilər naziri Fazil Məmmədova müraciətində “Azərsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan deyib.

S. Uzan çıxışında respublikada istehsal olunan malların rəqabətədavamlılığı üçün eyni adda idxal olunan hazır məhsullara vergi tətbiq olunması, xüsusilə digər məhsullarla müqayisədə kənd təsərüfatı mallarına tətbiq olunan ƏDV üzrə vergilərin differensiallaşdırılmasını istəyib: “Kənd təsərrüfatı mallarının istehsalı və satışında vegi tənzimləmələrinə yenidən baxılması yaxşı olardı. Bundan başqa, qanunlar qəbul olunmazdan öncə yalnız “AmCham-Azerbaijan” nümayəndələri ilə deyil, o cümlədən kiçik və orta sahibkarlıq subyektləri ilə də müzakirələr aparılsaydı yaxşı olardı. Beləliklə, kiçik və orta sahibkarlıq subyektləri də bu sistemə inteqrasiya olunacaq. Çünki onlar sistemə nə qədər tez inteqrasiya olunarsa, bizim də üzləşdiyimiz çətinliklər daha tez həll olunar. Eyni zamanda, qanunlar çıxmazdan əvvəl biz sahibkarların da bu qanunlara uyğunlaşması yaxşı olardı. Biz işlərimizi buna uyğun tənzimləməliyik. Başqa sözlə, bunun üçün bizə təxminən 2-3 ay vaxt lazım olur. Çünki qanunların əhatə dairəsi genişdir. Onlara uyğunlaşmaq üçün şirkətlərə müəyyən vaxt verilsə, şəffaflığın təmin olunması baxımından müsbət nəticələr əldə etmək olar”.

S. Uzan, həmçinin qeyd edib ki, əmək haqları ilə bağlı vergi yükünün azaldılması şəffaflığın artmasına və insanların sistemə daha tez inteqrasiyasına səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR