Türkiyə prezidenti: "Rusiyada FETO ilə əlaqədə olanlar haqqında lazımi addımlar atılacağına inanıram"

Türkiyə prezidenti: "Rusiyada FETO ilə əlaqədə olanlar haqqında lazımi addımlar atılacağına inanıram"
# 10 mart 2017 15:35 (UTC +04:00)

"FETO terror təşkilatı ilə mübarizəyə nə qədər önəm verdiyimiz məlumunuzdur. Bu mövzuda göstərdiyini həssaslığa görə sizə təşəkkürümü bildirirəm".

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib. "Ancaq bu terror təşkilatının başqa adlar altında fərqli sahələrdə gizli fəaliyyət göstərdiyini unutmaq olmaz. Moskva və Sankt-Peterburqda FETO ilə əlaqədə olan insanlar və təşkilatlar haqqında gərəkli addımları atacağınıza inanıram", - deyə o, söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR